• Bakı 25° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

CƏMİYYƏT

26 Fevral 2025 | 10:57

Plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının 5 iclası baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Jurnalistlərə açıqlamasında Səhiyyə Naziri Teymur Musayev deyib.

O bildirib ki, 5 iclasda 40 plastik cərrahiyə ilə məşğul olan mütəxəssislərin sənədləri təfitiş edilib:

"Onlar komissiyaya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq".


SON XƏBƏRLƏR