Avropada çəkindirici qüvvələrin yaradılması və Avropa ölkələrindən Ukraynaya göndəriləcək 50 minə qədər əsgərin hazırlanması ilə bağlı danışıqlar aparılır.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, britaniyalılar və fransızlar artıq bəzi ilkin planlaşdırmalara başlayıblar.
Qeyd olunub ki, hərbçilər atəşkəs olacağı təqdirdə Ukrayna Silahlı Qüvvələri (AFU) ilə Rusiya Silahlı Qüvvələri arasında demarkasiya xəttində asayişi təmin edəcəklər. ABŞ prezidenti Donald Trampın ilk 100 gün ərzində diplomatik qələbələr əldə etmək istəyinə görə tezliklə atəşkəsin əldə oluna biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Tramp Moskvanın Ukraynadakı münaqişəyə son qoymayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mümkün genişləndirilməsi barədə xəbərdarlıq edib. O, ABŞ-nin bütün Rusiya ixracatına yüksək rüsumlar tətbiq edə biləcəyini söyləyərək, tezliklə razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Rusiyalı diplomat Dmitri Polyanski bu bəyanatları qeyri-müəyyən hesab edib və vurğulayıb ki, böhranın həllinin açarı onun əsas səbəblərinin aradan qaldırılmasındadır.
Gülşən Şərif