• Bakı 12° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada öldü

HADİSƏ

26 Aprel 2024 | 08:59

Pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada öldü

Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 1963-cü il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

    Qeyd edək ki, M. Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-ü pomidor turşusundan zəhərlənmişdilər.

    Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

    25 yaşlı M. Ramazanovun müalicəsi isə Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    06 May 2024