Portuqaliyanın “Despertar” klubunun futbolçusu Jorje Sarayva faciəvi şəkildə vəfat edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 15-də Kaşkaiş sahilində baş verib.
17 yaşlı futbolçu üç dostu ilə birlikdə çimərlikdə dincəlirmiş. Dənizə girdikdən sonra güclü axın onları aparıb. Xilasedicilər futbolçunun dostlarını sudan çıxarmağa müvəffəq olsalar da, Sarayvanın cəsədi yalnız müəyyən vaxt keçdikdən sonra tapılıb.
Sudan çıxarıldıqdan sonra ona ilkin tibbi yardım göstərilib. Lakin bütün səylərə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.