Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.
Dövlətimizin başçısı konfransda çıxış edib. Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.
Konfransı dövlət başçısının "Facebook" səhifəsində və "Youtube" kanalında canlı izləyə bilərsiniz.
















