• Bakı 18° C

    11.06 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Nazir Lavrovla görüşünün detallarını AÇIQLADI

SİYASƏT

11 May 2021 | 13:16

Nazir Lavrovla görüşünün detallarını AÇIQLADI

“Dünən Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etdi, çox geniş müzakirə keçirildi, ölkələr arasında bir çox məsələlərə aydınlıq gətirildi”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, regional məsələlər bugünkü görüşdə də müzakirə edilib:

“Bu gün biz eyni zamanda, əməkdaşlıq və təhlükəsizlik məsələləri barəsində də fikir mübadiləsi apardıq. Bizim ölkələr bir sıra tranzit xətlərin keçdiyi yerdir. Yaxşı xəbərlərdən biri odur ki, ağır keçən 2020-ci ildə bu tranzit xətləri nəinki azalıb, hətta artıb. Bu gün müzakirələr zamanı da qeyd olundu ki, koronavirusla çox yüksək səviyyədə mübarizə apardıq. Bizim müvafiq strukturlarımızın qarşılıqlı əməkdaşlığı, bu dövr ərzində yükdaşımaların dayanmaması da bizim yaxşı münasibətlərimizə dəlalət edir. Ənənəvi olaraq Rusiya və Azərbaycan arasında münasibətlərində təhsil, mədəniyyət, idman sahələri əhəmiyyət daşıyır. Bizim beynəlxalq sahədə əməkdaşlıqda da çox böyük təcrübəmiz var”.


SON XƏBƏRLƏR