ABŞ prezidenti Co Bayden ilk xaricə səfərinə çərşənbə günü başlayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa səfərinin kulminasiyası 16 iyun Cenevrədə Rusiya lideri Vladimir Putinlə danışıqları hesab olunur. Ağ Ev rəhbərinin təyyarəsi Vaşinqton yaxınlığındakı hava bazasından qalxaraq Böyük Britaniyaya doğru yola düşüb. Londondan təxminən 100 km məsafədə yerləşən Mildenhol aviabazasına enişi gözlənilir.
İsveçrədəki iclasdan əvvəl Bayden G7, NATO, ABŞ-AB zirvələrində iştirak edəcək. Müttəfiqlərlə məsləhətləşmələrdə əsas məsələ əvvəlki ABŞ administrasiyası dövründə pisləşən münasibətləri qaydasına salmaqdır.
Baydenin qeyd etdiyi kimi, Rusiya ilə mümkün qarşılıqlı əlaqələr Avropa turu boyu bütün tədbirlərində müzakirə ediləcək.
















