• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xələfovdan sərhəd açıqlaması: "Bu gün başa çatır"

SİYASƏT

09 Iyul 2021 | 11:10

Xələfovdan sərhəd açıqlaması: "Bu gün başa çatır"

Rusiya ilə sərhədlərin demarkasiyası üzrə danışıqların növbəti mərhələsinə iyulun 6-da start verilib və bu gün başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu report.az-a açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, artıq üç gündür Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın toplantısı keçirilir:

"İclasda növbəti sahələr üzrə demarkasiya işlərinin aparılması ilə əlaqədar iş planını təsdiq edirik. Müvafiq ekspert görüşlərinin yerlərdə keçirilməsi ilə bağlı planları da təsdiqlədik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR