• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ərdoğan: "Bu gün Azərbaycandan əlavə 100 nəfər yanğınsöndürən gələcək”

SİYASƏT

06 Avqust 2021 | 16:16

Ərdoğan: "Bu gün Azərbaycandan əlavə 100 nəfər yanğınsöndürən gələcək”

“Meşə yanğınlarına havadan və qurudan müdaxilə edən yanğınsöndürənlərin sayı sürətlə artıb. Bu işə köməklik göstərmək sahəsində Azərbaycanın adını vurğulamağı vacib sayıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Bu gün Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə telefon danışğımız oldu. 600-dən çox peşəkar yanğınsöndürən göndəriblər. Onların sayını daha 100 nəfər artıra biləcəklərini söylədi. Bunun çox yaxşı olacağını dedim. Çox güman ki, həmin yanğınsöndürənlər bu gün Türkiyəyə gələcək ”, - R.T.Ərdoğan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026