• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ərdoğanla Putin Fələstini müzakirə ediblər

SİYASƏT

12 May 2021 | 15:38

Ərdoğanla Putin Fələstini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə prezident iqamətgahının rəsmi "tvitter" səhifəsində məlumat verilib. Telefon danışığı zamanı dövlət başçıları Fələstindəki vəziyyəti müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının Fələstindəki böhran daha da böyümədən məsələyə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

İki ölkə lideri həmçinin Rusiyanın “Sputnik V” vaksininin Türkiyəyə tədarükünü müzakirə ediblər.


SON XƏBƏRLƏR

25 Aprel 2024