Çexiya Baş naziri Andrey Babiş şəxsi və dövlət maraqları arasında yaranmış ziddiyyətlərə görə onu qınayan qərar qəbul edən Avropa Parlamentini respublikanın daxili işlərinə qarışmaqda ittiham edib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir bu qərarı Avropa Parlamentinin Çex Respublikasının daxili işlərinə müdaxiləsinin davamı hesab edir: “Suveren bir ölkəyik, siyasi mübarizəmiz var. Qarşıdan parlament seçkiləri gəlir. Avropa Parlamenti bu seçkilərə təsir göstərmək istəyir”,- Babiş jurnalistlərə qətnamənin qəbulunu şərh edərkən bildirib.
Bundan əvvəl Avropa Parlamentinin mətbuat xidməti Babişin maraqlarına görə yaranmış ziddiyətləri qınayan qətnaməyə 505 deputatın səs verdiyini, 30 nəfərin əleyhinə, 155-nin bitərəf olduğunu bildirmişdi.
Avropa Komissiyası daha əvvəl dollar milyarderi Babiş maraqlarının toqquşması ilə bağlı məlumat vermişir. Yaranmış vəziyyəti içtimai prokurorluğunun Avropa ofisi tərəfindən nəzərdən keçiriləcəkdir.
Məsələ ilə bağlı Çex polisi də araşdırma aparır. Mayın 31-də Avropa Komissiyası AB fondlarından 50 milyon kron (təxminən 2 milyon avro) məbləğində qeyri-qanuni subsidiya alaraq saxtakarlıq şübhəsiylə baş naziri mühakimə etməsini prokurorluğa təklif edib.
















