• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi

SİYASƏT

09 Iyul 2021 | 20:19

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.

“Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026