• Bakı 11° C

    17.47 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

CƏMİYYƏT

18 Mart 2025 | 20:44

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.

Suqovuşanın İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi”.


SON XƏBƏRLƏR

18 Mart 2025