Azərbaycan Prezidenti İlham Əliyev Fuad Vahid oğlu Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, Prezidentin Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndə Fuad Nəcəfli 1975-ci ildə Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndində doğulub.
Fuad Nəcəfli Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının üzvlərindən biri olub.
O, həmçinin PAŞA Holdinq MMC-nin əməkdaşı olub.
Onun haqqında geniş bilgi açıq mənbələrdə hələlik yoxdur.













jpg-1674291805.webp)


