• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tarif Şurasına yeni səlahiyyət verildi

CƏMİYYƏT

21 Yanvar 2023 | 14:25

Tarif Şurasına yeni səlahiyyət verildi

Tarif Şurası torpaq sahəsi ilə bağlı xidmətlərə görə xidmət haqqının məbləğini müəyyənləşdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əlyevin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026