• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Vətən müharibəsində qələbə əldə etdikdən sonra Azərbaycanın mövqeyi..."

CƏMİYYƏT

20 Fevral 2023 | 14:05

"Vətən müharibəsində qələbə əldə etdikdən sonra Azərbaycanın mövqeyi..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdə idi.

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirak edib, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid, İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru  baş icraçı direktoru Mixael Harms ilə görüşüb. 

“Azərbaycan 44 günlük Vətən Müharibəsində qalib gəldikdən sonra ölkəmizin qarşısında duran əsas məsələlərdən biri Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sərhədlərin  delimitasiya və demarkasiyasının aparılması, eyni zamanda üçtərəfli bəyənatda qeyd olunan kommunikasiya əlaqələrinin bərpa edilməsi və regionda təhlükəsizliyin təmin edilməsidir”.

Bunu Bakıvaxtı.az-a açıqlmasında Milli Məclisin deputatı Mahir Abbaszadə ötən həftə Almaniyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ənənəvi Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşündə Azərbaycan Prezident İlham Əliyevin görüşlərini şərh edərkən bildirib.

O qeyd edib ki, dövlət başçısı müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması istiqamətində işləri uğurla davam etdirir: “Azərbacyan Prezidentinin Almaniyan Münxen şəhərində keçirilmiş beynəlxalq tədbirdə uğurlu çıxışı Azərbaycanın diplomatiyasının növbəti qələbəsi kimi qeyd edilməlidir.

Vətən müharibəsində qələbə əldə etdikdən sonra Azərbaycanın mövqeyindənki prinsipiallıq Münxen Təhlükəsizlik Konfransında da özünü büruzə verdi. Azərbaycanda Dağlıq Qarabağ adında ərazi yoxdur və Qarabağ məsələsi tarixə qovuşubdur. Azərbaycanda Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var”.

M.Abbaszadə qeyd edib ki, Qarabağda yaşayan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır: “Onların təhlükəsizliyinə və sülh şəraitində yaşayamasına Azərbaycan dövləti zəmanət verir. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Ermənistana gedib-gəlməsinin təşkil olunması məqsədilə  Laçın rayonundan keçən yolun da təhlükəsizliyi Azərbaycan tərəfindən qorunmalıdır. Sərhəddə gömrük və sərhəd postunun qurulması və burada Azərbaycan məmurlarının və əsgərlərinin xidməti nəzərdə tutulur.  

Münxendə Azərbaycan xalqının iradəsi ifadə edildi və haqlı mövqeyimiz bir daha diqqətə çatdırıldı. Dövlət başçısının Münxendə verdiyi açıqlamalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərvətlərimizin qanunsuz talanmasının qarşısının alınması, tarixi Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələləri baxımından önəmlidir və Azərbaycan diplomatiyasının uğurudur”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026