• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Memarlıq abidəsinə qanunsuz müdaxiləyə cəhd edildi - FOTO

CƏMİYYƏT

21 Mart 2023 | 20:20

Memarlıq abidəsinə qanunsuz müdaxiləyə cəhd edildi - FOTO

Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilir ki, aparılan işlər dayandırılıb. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcək:

“Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat versinlər”.


Memarlıq abidəsinə qanunsuz müdaxiləyə cəhd edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026