• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Agentlik 200 manat söhbətinə aydınlıq gətirdi

CƏMİYYƏT

20 Fevral 2023 | 13:09 | Müəllif: Qalib İbrahimoğlu

Agentlik 200 manat söhbətinə aydınlıq gətirdi

"Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin şöbə müdirin Mayis Musayev bildirib.

Onun sözlərinə görə, hazırda “Məşğulluq haqqında” Qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil.

M.Musayev qeyd edib ki, yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız Qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçuların sayı, ştatların ixtisar edilməsi və ya müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilibsə onun işsizlikdən sığorta ödənişi üçün hüququ yarana bilər.

"Bu hallardan biri baş verdikdə vətəndaş DOST Mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət edərək qeydiyyata düşə bilər. Bir daha qeyd edirik ki, yayılan məlumatlarda qeyd edildiyi kimi, işsiz kimi qeydiyyatda olan şəxslərə hər hansı ödənişin verilməsi məsələsi gündəmdə deyil. Vətəndaşlardan ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyan bu dezinformasiyalara inanmamağı, yalnız rəsmi məlumatları əsas götürməyi xahiş edirik", - deyə Mayis Musayev bildirib.

Murad Məmmədli


Agentlik 200 manat söhbətinə aydınlıq gətirdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026