• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Prius”ların ucuzlaşması nə qədər davam edəcək? - VİDEO

İQTİSADİYYAT

20 Aprel 2024 | 09:40

“Prius”ların ucuzlaşması nə qədər davam edəcək? - VİDEO

“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur.

Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır.

Bəs ucuzlaşma nə qədər davam edəcək?

Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, köhnə avtomobillərin qiyməti bazara çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək:

“Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı altı ay və bir il davam edəcək. Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.

Ətraflı Baku TV-nin süjetində:


SON XƏBƏRLƏR

26 Iyul 2024