• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

PSJ və “Real” Mahir Emrelinin çıxış etdiyi klubun yetirməsinə elçi düşüb

İDMAN

07 Iyun 2022 | 10:47

PSJ və “Real” Mahir Emrelinin çıxış etdiyi klubun yetirməsinə elçi düşüb

PSJ və Madrid “Real”ının rəhbərliyi hücuma meyilli xorvatiyalı yarımmüdafiəçi Lovro Mayeri öz sıralarına qatmaq üçün mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 24 yaşlı futbolçu hazırda Fransanın “Renn” klubunun heyətində çıxış edir.

L.Mayer ötən yay 13 milyon avro qarşılığında Zaqreb “Dinamo”sundan “Renn”ə keçib. Xorvatiyalı futbolçunun transfer qiyməti 20 milyon avrodur. L.Mayerin “Renn” ilə müqaviləsi 2026-cı ilin iyun ayında bitir.

Məlumat üçün əlavə edək ki, futbolçu hazırda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun yetirməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026