• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çempionlar Liqası: “Qarabağ” “Lex”ə uduzdu

İDMAN

05 Iyul 2022 | 23:52 | Müəllif: Qalib İbrahimoğlu

Çempionlar Liqası: “Qarabağ” “Lex”ə uduzdu

İyulun 5-də Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində mübarizəyə qoşulub. İlk oyununu səfərdə keçirən "Qarabag" vətənə məğlubiyyətlə qayıdır. Belə ki, Poznanda Polşa çempionu “Lex”in qonağı olan “Qarabağ” 1:0 hesabı ilə mğlub olub. Oyunda yeganə topu "Qarabağ"ın qapısından kapitan Mikael İshak 41-ci dəqiqədə keçirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
5 iyul
22:00. “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: 
Mikael İshak, 41
Baş hakim: Xose Luis Munuera (İspaniya)
“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 37. Lyubomir Şatka, 16. Antonio Miliç, 5. Pedro Reboko, 23. Kristoffer Velde, 22. Radoslav Muravski, 6. Yesper Karlström, 21. Mixal Srokaş, 24. Joao Amaral, 9. Mikael İshak (k)
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinyo, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Lua, 90. Artur Sobieç
Baş məşqçi: Con van den Brom
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 22. Musa Qurbanlı, 77. Ramil Şeydayev,
Baş məşqçi: Qurban Qurbanov
Poznan, “Poznan” stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR