"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
***
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Kenni Sayef 60-cı dəqiqədə komandasının üstünlüyünü artırıb.
***
“Neftçi” hesabı açıb.
Bakıvaxtı.az xəbər verir ki, Ata Jaber 44-cü dəqiqədə “Rapid”in qapısına yol tapıb.
***
Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Bakcell Arena"kı qarşılaşma saat 21:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də Vyanada olacaq.
***
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bu gün keçiriləcək “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) matçı üçün heyətlər açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:
“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller, 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer, 27. Marko Qrüll, 28. Morits Osvald, 29. Ante Bayiç, 41. Bernhard Zimmerman
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Satlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Kverfeld, 77. Draqolyub Saviç
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
















