• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Marselo “Qarabağ”la oyunlar üçün sifariş olundu

İDMAN

03 Sentyabr 2022 | 11:44 | Müəllif: Subhan Mahmudov

Marselo “Qarabağ”la oyunlar üçün sifariş olundu

Azad agent kimi Yunanıstanın "Olimpiakos" klubuna transfer olunan Marselo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunlarda iştirak edəcək.

Bakıvaxtı.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, Braziliya millisinin və "Real”ın (Madrid) sabiq müdafiəçisi Avropa Liqasının qrup mərhələsinin matçları üçün sifariş edilib.

34 yaşlı müdafiəçi ilə yanaşı Pirey təmsilçisinin daha 4 yeni transferi - Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı UEFA-ya göndərilən sifariş ərizəsinə salınıb.

Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos"un ilk oyunu oktyabrın 6-da Pireydə, cavab matçı oktyabrın 13-də Bakıda keçiriləcək. Bu komandaların yarışdığı G qrupunda “Frayburq” (Almaniya) və “Nant” (Fransa) da mübarizə aparacaq.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026