• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mahirin komandasından böyükhesablı qələbə

İDMAN

02 Oktyabr 2022 | 00:30 | Müəllif: Subhan Mahmudov

Mahirin komandasından böyükhesablı qələbə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 11-ci tur oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda evdə "Slaven"lə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. M.Emreli görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 31 xalla liderdir. "Osiyek" 18 xalla 2-ci,  "Hayduk" 17 xalla  3-cü, "Slaven" isə 17 xalla 4-cüdür.

Xorvatiya çempionatı, 11-ci tur

21:30. "Dinamo" (Zaqreb) - "Slaven" - 4:1

Qollar: Markoviç, 9 (1:0), Hoxha, 59 (1:1), Petkoviç, 72-pen (2:1), Boçkay, 81 (3:1), İvanuşeç, 90+4 (4:1)

"Maksimir" stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR