• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Qarabağ" Avropada 3 komandadan biridir

İDMAN

31 Oktyabr 2022 | 09:11

"Qarabağ" Avropada 3 komandadan biridir

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda növbəti dəfə "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb.

Yunanıstanda isə səfərdə "Volos"u 5:1 hesabı ilə üstələyən "Panatinaikos" Superliqadakı qələbələrinin sayını 10-a çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026