• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Teymur Rəcəbov rus şahmatçıları müdafiə etdi 

İDMAN

02 Oktyabr 2022 | 14:29 | Müəllif: Subhan Mahmudov

Teymur Rəcəbov rus şahmatçıları müdafiə etdi

Rusiyalı şahmatçılar digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov TASS-a açıqlamasında deyib.

35 yaşlı qrossmeyster idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib.

Rəcəbovun fikrincə, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar:

"Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin".

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026