• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xavi Zidanın rekordunu yenilədi

İDMAN

02 Oktyabr 2022 | 14:24 | Müəllif: Subhan Mahmudov

Xavi Zidanın rekordunu yenilədi

Xavinin rəhbərliyi altında "Barselona" La Liqada ardıcıl 18 səfər matçının heç birində uduzmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 7-ci turunda "Son Mois" stadionunda "Malyorka"ya qalib gəlib (1:0). "Opta Sports" yazıb ki, Xavi "Barselona" ilə səfərdə 13 qələbə və 5 heç-heçə edib. 

Xavi bu göstəricidə 2016-cı ildə "Real"la 17 səfər matçı rekorduna imza atan klubun sabiq baş məşqçisi Zinəddin Zidanı qabaqlayıb. Madrid klubu həmin vaxt 13 qələbə və 4 heç-heçə etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR