"Çelsi " futbolçusu Armando Broya yeni uzunmüddətli müqavilə imzalayıb.
Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Broya bu mövsüm İngiltərə Premyer Liqasında üç oyun keçirib.
















