• Bakı 9° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Barselona"dan Ronaldo açıqlaması

İDMAN

06 Iyul 2022 | 19:34 | Müəllif: Subhan Mahmudov

"Barselona"dan Ronaldo açıqlaması

"Barselona"nın prezidenti Joan Laporta "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun mümkün transferi haqda danışıb.

Bakıvaxtı.az "AS"a istinadən xəbər verir ki, o,  portuqaliyalı oyunçunun agenti Jorje Mendeşlə nahar etdiyini təsdiqləyib: “Düzdür, Mendeşlə nahar etmişəm. Mən heç nəyi istisna etməyəcəyəm, bu, bizim maraqlarımıza uyğun gəlmir. Mendeşin nə dediyini dəqiqləşdirməyəcəyəm. Onunla həmişə danışmaqda maraqlıyam. Mendeş transfer bazarındakı vəziyyətdən danışır”.

Qeyd edək ki, bundan əvvəl Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR