• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Putin andiçmədən sonra ilk səfəri bu ölkəyə edəcək

DÜNYA

08 May 2024 | 09:52

Putin andiçmədən sonra ilk səfəri bu ölkəyə edəcək

Rusiya prezidenti Vladimir Putin rəsmi andiçmə mərasimindən sonra ilk beynəlxalq səfərini Çinə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

“Prezidentin Çinə ilk xarici səfəri olacaq. Demək olar ki, bu, Si Cinpinin Rusiyaya keçən il də müvafiq seçkilərdən sonra həyata keçirilən ilk rəsmi səfərinə cavab addımıdır”, - deyə o bildirib.

Dövlət başçısının köməkçisi bildirib ki, Kreml Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqların gündəliyini daha sonra, səfərin tarixləri məlum olanda açıqlayacaq. Onun sözlərinə görə, bu, Pekinə və başqa bir şəhərə səfəri əhatə edən dövlət səfəri olacaq.


SON XƏBƏRLƏR

19 May 2024