• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Özbəkistanın dəstəyini unutmayacağıq - Ərdoğan

DÜNYA

06 Iyun 2024 | 23:00 | Müəllif: Subhan Mahmudov

Özbəkistanın dəstəyini unutmayacağıq - Ərdoğan

Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının birləşməsində mühüm rol oynayır. 2019-cu ildə Özbəkistanın TDT-yə daxil olması ilə türk dövlətləri ailəsi daha da möhkəmlənib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 6-da Ankarada özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə birgə mətbuat konfransında deyib.

Türkiyə lideri vurğulayıb ki, Ankara Daşkəndi həm kədərli, həm də sevincli günündə dəstəkləməyə hazırdır.

“2023-cü ilin fevral zəlzələlərindən sonrakı dövrdə Türkiyəyə göstərilən dəstəyi unutmayacağıq. Bu, fəlakət zonasına 700 tona qədər humanitar yardım göndərmiş özbək qardaşlarımıza da aiddir”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Özbəkistanın dəstəyi ilə Hatay əyalətində 306 yaşayış binasının tikintisi layihəsini də vurğulayıb.

“Bu yaşayış massivi ölkələrimizin əbədi dostluğunun simvolu olacaq. Qardaş özbək xalqına minnətdaram”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.

Ərdoğan Özbəkistanı qlobal arenada əhəmiyyəti gündən-günə artan dövlət adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026