• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Hizbullah" İsrailə cavab zərbəsi endirib

DÜNYA

06 Iyul 2024 | 18:00 | Müəllif: Gülşən Şərif

"Hizbullah" İsrailə cavab zərbəsi endirib

Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı və İsrail arasında sərhədboyu toqquşmalar daha da şiddətlənir.

Bakıvaxtı.az xəbər verir ki, təşkilat İsrailin bugünkü aviazərbələrinə cavabən ölkənin Beyt-Hilel qəsəbəsini bombalayıb.

İsrail tərəfi hücumun açıq əraziyə tuşlandığını diqqətə çatdırıb.

"Hizbullah" ötən il oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri Qəzzaya dəstək nümayişi kimi İsrail-Livan sərhədində mütəmadi təxribatlar törədir. İsrailin cavab zərbələri və tərəflər arasında artan toqquşmalar Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması təhlükəsini doğurur.

Bir sıra Avropa nümayəndəsi, o cümlədən Almaniyanın xarici işlər naziri Annalena Berbok münaqişənin qızışmasının regionda fəlakətə gətirib çıxaracağını vurğulayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel isə Livanda mümkün müharibənin Avropaya sıçraya biləcəyinə diqqət çəkib.

İsrailli hərbçilər də bu gedişatdan narahatdırlar. General İtshak Brik yerli "Maariv" qəzetindəki məqaləsində:

"Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və Baş Qərargah rəisi Herzi Halevi ölkəni ağır, genişmiqyaslı regional müharibəyə doğru aparırlar", - yazıb.

Digər tərəfdən, "Hizbullah"ın himayədarı İran isə "İsrail təşkilata qarşı genişmiqyaslı müharibəyə başlayarsa, ona dəstək verəcəyini" xatırladıb. (azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026