• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Həcc müraciətləri Elektron Hökumət vasitəsilə ediləcək

DÜNYA

05 Avqust 2024 | 17:25 | Müəllif: Gülşən Şərif

Həcc müraciətləri Elektron Hökumət vasitəsilə ediləcək

Gələn il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün yeni əsasnamə hazırlanıb. 

Bakıvaxtı.az "SonDakika"ya istinadən xəbər verir ki, gələn il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar "Elektron Hökumət" vasitəsilə ilkin qeydiyyat və qeydiyyatın yenilənməsi üçün müraciət edə biləcəklər.

Bu ilin Həcc püşkatmasında iştirak edən və yekun qeydiyyatdan keçə bilməyənlərin və ya Həcc ziyarətinə gedə bilməyənlərin qeydiyyatı artıq aparılmayacaq. Zəvvarların öncədən qeydiyyat müraciətlərini etməsi üçün ilkin qeydiyyat ərizələrini Elektron Hökumət vasitəsilə edəcəklər. 

Namizədlər Həcc ziyarətinə ilkin qeydiyyat haqqını ödəmədən 16 ay ərzində qeydiyyat yenilənməsini tamamlaya bilərlər. Namizədlər sentyabrın 16-dək ilkin qeydiyyat haqqını müqavilə bağlamış banklara ödəməklə, ilkin qeydiyyat üçün müraciət edə bilərlər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026