• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Misir Prezidenti Türkiyəyə səfərini yeni dostluq səhifəsinin açılması kimi qiymətləndirib

DÜNYA

04 Sentyabr 2024 | 16:27

Misir Prezidenti Türkiyəyə səfərini yeni dostluq səhifəsinin açılması kimi qiymətləndirib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankaraya səfərini Türkiyə ilə ölkəsi arasında yeni dostluq səhifəsinin açılması kimi qiymətləndirib.

Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bugünkü səfərim və bundan əvvəl Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Qahirəyə səfəri iki ölkə arasında yeni dostluq və əməkdaşlığın başlanması üçün iradənin təzahürüdür”, - o söyləyib.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi Türkiyədə rəsmi səfərdədir. Bu, Misir Prezidentinin 12 ildən sonra Türkiyəyə ilk səfəridir.


SON XƏBƏRLƏR

15 Iyul 2025