Ukrayna və İrlandiya ikitərəfli təhlükəsizlik sazişi bağlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin saytında deyilir.
Bu il Dublin Kiyevə ölümcül olmayan hərbi dəstək üçün daha 128 milyon dollar və humanitar yardım üçün 40 milyon dollar ayırmağı öhdəsinə götürüb.
Ölkə həmçinin Ukraynaya partlayıcı sursatların zərərsizləşdirilməsi üçün avadanlıq ötürəcək və bundan sonra Ukrayna ərazisində minaların təmizlənməsi üzrə koalisiyada iştirak edəcək.
Mina Mikayılova