ABŞ ordusu Nigerin şimalında yerləşən Aqades şəhərindəki aviabazadan çıxarılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin Silahlı Qüvvələrinin birgə bəyanatında deyilir.
"ABŞ Müdafiə Nazirliyi ilə Niger Milli Müdafiə Nazirliyi ABŞ qüvvələrinin və hərbi texnikanın Aqadesdəki 201-ci bazadan çıxarılmasının başa çatdığını elan edib", - bəyanatda bildirilib.
İyulun əvvəlində ABŞ ordusu Nigerin paytaxtı Niameydəki bazanı tərk edib.







jpg-1725453799.webp)





jpg-1725445235.webp)


