• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Belarus hərbçiləri canlı atəş təlimlərində iştirak edəcək

DÜNYA

05 Avqust 2024 | 17:25

Belarus hərbçiləri canlı atəş təlimlərində iştirak edəcək

Belarus Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələrindən birinin hərbi qulluqçuları Rusiya Federasiyası ərazisində keçiriləcək canlı atəş təlimlərində iştirak edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat verib.

Məlumata görə, avqust ayı ərzində Rusiya Federasiyası ərazisində keçiriləcək təlimlərə 4 minə yaxın hərbi qulluqçu və 150 ​​texnika cəlb olunacaq.

Bildirilib ki, əsas hərəkətlər Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda baş tutacaq.

Zenit-raket və radiotexnika qoşunlarının, eləcə də qırıcı təyyarələrin iştirakı ilə döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsinin də planlaşdırıldığı qeyd olunub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026