• Bakı 21° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Viktor Orban: “Macarıstanın Aİ sədrliyi sülh missiyasıdır”

DÜNYA

06 Iyul 2024 | 17:43

Viktor Orban: “Macarıstanın Aİ sədrliyi sülh missiyasıdır”

Macarıstanın baş naziri, Avropa İttifaqının (Aİ) dövr prezidenti Viktor Orban, prezidentlik müddətini sülh missiyası kimi gördüyünü bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Şuşa Şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi iclasında danışıb.

Qeyd edib ki, Macarıstanın Aİ sədrliyi dövründə proseslər sülhün dəstəklənməsinə köklənəcək.

“Bizim prezidentliyimizin 6 aylıq dövrünün hamısını sülh missiyası kimi qiymətləndiririk. Bu səbəbdən Kiyev və Moskvada görüşlər keçirdim. Bu missiyanın davamı üçün əlimdən gələni edəcəm”,  - deyə Aİ prezidenti diqqətə çatdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR