• Bakı 12° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Putin BRICS sammiti çərçivəsində Ərdoğanla görüşüb

DÜNYA

23 Oktyabr 2024 | 20:14

Putin BRICS sammiti çərçivəsində Ərdoğanla görüşüb

 Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdağan ilə ikitərəfli görüş keçirir.

Bakıvaxtı.az xəbər verir ki, liderlər ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə edəcəklər.

Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Putin Ankarada törədilmiş terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib.

“İşimizə başlamazdan əvvəl terror aktı ilə əlaqədar sizə başsağlığı vermək istərdim. Mediada Türkiyədə terror aktı baş verdiyi barədə məlumatlar çıxıb”, - Rusiya lideri söyləyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə liderləri son dəfə Şanxay Əməkdaşlıq Təşkilatının iyul ayında Astanada baş tutmuş sammitindən əvvəl görüşmüşdü.


SON XƏBƏRLƏR