Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna ilə bağlı mövqeyi balanslıdır.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə bildirib.
Rusiya liderinin sözlərinə görə, Rusiya və Macarıstanın bir çox məsələlərə və beynəlxalq gündəliyə dair baxışlarının həmişə üst-üstə düşməməsinə baxmayaraq, ölkələr açıq ünsiyyətə davam edir və istənilən məsələləri müzakirə edirlər.
"Biz sizin Ukrayna məsələsində balanslı mövqeyinizi bilirik", - prezident qeyd edib.
Orban isə öz növbəsində bildirib ki, Macarıstan Ukrayna nizamlanması üzrə danışıqlar üçün platforma təqdim etməyə hazırdır. O bu prosesin uğurla başa çatmasına yardım etməyə hazır olduğunu vurğulayıb.
Gülşən Şərif
Bakı 



