• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Putindən taxıl açıqlaması: Şərt qoydu, rəqəmlər verdi

DÜNYA

20 Iyul 2022 | 17:31 | Müəllif: Qalib İbrahimoğlu

Putindən taxıl açıqlaması: Şərt qoydu, rəqəmlər verdi

Rusiya Prezidenti Vladimir Putin İrandakı görüşdən sonra cümə günü keçirilməsi gözlənilən taxıl sammiti öncəsi mövzu ilə bağlı mühüm açıqlamalar verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Putin vurğulayıb ki, Rusiya taxılının tədarükünə qoyulan bütün məhdudiyyətlər aradan qaldırıldıqda, onlar 50 milyon ton ixrac etməyə hazırdırlar.

Rusiyalı jurnalistlərə açıqlama verən Putin, Ukrayna taxılının çıxarılmasının şərtlərinin Rusiya taxılına qoyulan məhdudiyyətlərin aradan qaldırılması olduğunu bildirib.

"Biz Ukrayna taxılının ixracına kömək edəcəyik, lakin Rusiya taxılının tədarükünə qoyulan bütün məhdudiyyətlərin aradan qalxacağından hərəkət edirik" deyən Rusiya lideri indiyədək heç kimdən etiraz gəlmədiyini vurğulayıb. "Amerikalı tərəfdaşlarımız da daxil olmaqla. Görək bundan nə çıxacaq”, - deyə Vladimir Putin əlavə edib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026