Amerikada təyyarə qəzası olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Birləşmiş Ştatların Kaliforniya ştatının Uotsonvil şəhərində qeydə alınıb. Belə ki, İkimühərrikli "Cessna 340" və birmühərrikli "Cessna 152" tipli təyyarələr hava limanına eniş edərkən havada toqquşub.
Qəza nəticəsində 2 nəfərin öldüyünü bildirib.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, "Cessna 340"da iki nəfər, "Cessna 152"də isə yalnız pilot olub. Sözügedən hava limanında təyyarələrin eniş və uçuşunu istiqamətləndirmək üçün idarəetmə qülləsi yoxdur.
Aytac Aslan
















