• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşıb

DÜNYA

18 Sentyabr 2022 | 13:53

Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşıb

Dünyada koronavirusa yoluxanların sayı 611 milyon 702 min 686 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayıldığı gündən indiyədək 6 milyon 525 min 786 nəfər COVID-19-dan dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

“Worldometers” portalının məlumatına görə, bazar günü səhərə qədər planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 837,2 təşkil edib.

ABŞ-da hər 1 milyon əhaliyə 3222, Hindistanda 376, Braziliyada 3183, Fransada 2358, Almaniyada 1775 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR