• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Sərhəddə "Taliban"la atışma oldu 

DÜNYA

18 Oktyabr 2022 | 13:12

Sərhəddə "Taliban"la atışma oldu

Əfqanıstanı idarə edən “Taliban” hökumətinin silahlıları ilə İran sərhədçiləri arasında atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “8am.media” yayıb.

Bildirilib ki, hadisə Əfqanıstanın Nimruz əyalətinin Zərənc şəhərində “Əbrişəm” (“İpək”) körpüsündə baş verib.

İddia olunur ki, İran sərhədçiləri “Dayan” əmrinə tabe olmayan qanunsuz yanacaq daşıyan Əfqanıstan dövlət qeydiyyat nişanlı maşına atəş açıblar. Birinci maşın getsə də, İran sərhədçiləri ikincini saxlamağa məcbur edə bilib. Onlar sürücünü döyüblər.

Onlara cavab olaraq “Taliban” silahlıları İran sərhədçilərinin avtomobilinə atəş açıb. Atışma bir saatdan uzun çəkib. Bundan sonra tərəflər danışığa başlayıblar.

İtkilər və yaralılar barədə məlumat yayılmayıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026