Beyoğlu İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar saxlanılan Əlham Əlbəşir də daxil olmaqla bəzi şübhəlilər sağlamlıq müayinəsindən keçirilib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Vətən küçəsindəki şəhərciyində 4 polis mikroavtobusuna mindirilən şübhəlilər sağlamlıq müayinəsi üçün ətrafdakı xəstəxanalara aparılıb.
Qeyd edək ki, noyabrın 13-də İstiqlal küçəsində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən partlayış olub. Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində nəzarətə alınan bəzi şübhəlilər polis bölməsindən buraxılıb.
Nuranə Daxilqızı


















