• Bakı 10° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

NATO-nun silah ehtiyatı azalıb

DÜNYA

17 Dekabr 2022 | 09:07 | Müəllif: Subhan Mahmudov

NATO-nun silah ehtiyatı azalıb

NATO üzvləri bu günə qədər göndərilən silahları işlək vəziyyətdə saxlamaq üçün kifayət qədər sursat və ehtiyat hissələri olduğundan əmin olmalıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "France24"ə müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynaya əlavə sistemlərin göndərilməsi üzrə dialoq davam edir.

"Lakin çatdırılan bütün sistemlərin işlək olmasını təmin etmək getdikcə daha vacib hal yaradır”, - deyə Baş katib qeyd edib.

Stoltenberqin sözlərinə görə, Ukraynanın Rusiya qüvvələrindən müdafiə olunması üçün daha çox silah istəməsi NATO-nun ehtiyatlarını azaldıb.

“Biz həm çəkindirmə, həm müdafiə üçün öz ehtiyatlarımızı artıra bilmək, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə davam etmək üçün hasilatımızı gücləndiririk”, - deyə NATO rəhbəri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR