• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Zelenski dünya çempionatının finalında nitq söyləyə bilər

DÜNYA

16 Dekabr 2022 | 22:07 | Müəllif: Subhan Mahmudov

Zelenski dünya çempionatının finalında nitq söyləyə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Qətərdə keçirilən dünya çempionatının final oyunda nitq söyləmək istəsə də Beynəlxalq Futbol Federasiyası(FIFA) buna qarşı çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası bu ideyanı isti qarşılamayıb.

Məlumata görə, FIFA-nın mənfi cavabı Ukrayna Prezidentinin Aparatında təəccüb doğurub.

Bununla belə, verilən son məlumata əsasən, Ukrayna tərəfi ilə FİFA rəhbərliyi arasında danışıqlar davam etdirilir və V. Zelenskinin final oyunundan əvvəl ekranlarda görsənməsi baş tuta bilər.

Xatırladaq ki, Qətərdə təşkil edilən dünya çempionatının finalında Argentina ilə Fransa yığması üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026