• Bakı 6° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiya Dneprə zərbə endirdi: 23 nəfər ölüb, 43 şəxs itkin düşüb - YENİLƏNİB

DÜNYA

15 Yanvar 2023 | 19:28 | Müəllif: Subhan Mahmudov

Rusiya Dneprə zərbə endirdi: 23 nəfər ölüb, 43 şəxs itkin düşüb - YENİLƏNİB

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində həlak olanların xatirəsinə üç günlük matəm elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov məlumat yayıb.

Faciənin baş verdiyi ərazidə xilasedicilər, hərbçilər, şəhər xidmətləri, polis və bir çox texniki işçilər işləyirlər. Dağıntıların təmizlənməsi davam edir.

Xatırladaq ki, yanvarın 14-də Ukrayna ərazisinin kütləvi atəşə tutulması zamanı Dneprdə yaşayış binasına raket zərbəsi endirilib.

Nəticədə 27 nəfər həlak olub, onlarla sakin yaralanıb.

 

***17:44

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb.

Eyni zamanda 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. İtkin düşmüş şəxslə bağlı 43 məlumat daxil olub.

 

***11:14

Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binanın dünən atəşə tutulması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.

"Səhər saatlarında Dneprdə öz evində Rusiya raketi ilə həlak olan 18 nəfər var. 73 yaralı - onlardan 40-dan çoxu xəstəxanadadır, 4-ü reanimasiyada – ağır vəziyyətdərir. Xilasetmə əməliyyatı davam edir. 40-dan çox insanın taleyi insanlar naməlum olaraq qalır" deyə yazıb.

 

***09:24

Ukraynanın Dnepr şəhərində yaşayış kompleksinə raket düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bakıvaxtı.az unian-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.

Rezniçenkonun sözlərinə görə hücumda yaralanan 73 nəfərdən 59-u xəstəxana şəraitində müalicə alır. Axtarış-xilasetmə işləri davam edir.

***00:25

Yanvarın 14-də Rusiyanın Dnepr rayonlarından birində hündürmərtəbəli binanı atəşə tutması nəticəsində azı 9 nəfər həlak olub. 

Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Dnepropetrovsk OVA-nın rəhbəri Valentin Rezniçenko yazıb.

"Artıq 9 ölü var, onların arasında 15 yaşlı qız da var. Yaralıların sayı 64-ə çatıb. Onlardan 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur", - məlumatda deyilir. 

Hündürmərtəbəli binanın dağıntıları altından 6-sı uşaq olmaqla 35 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

 

14.01.23 21:47

Dnepr şəhərində irimiqyaslı hücum nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.

Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.

***19:28

Rusiya hərbçiləri Dneprdə yaşayış binasına raket zərbəsi endirib. Dinc sakinlər dağıntılar altında qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko Teleqram səhifəsində yazıb.

“Sadəcə, vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var", - deyə Timoşenko yazır.

Fövqəladə Hallar Dövlət Xidməti və digər şəhər xidmətləri artıq hadisə yerində işləyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026