• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Deniz Baykal dəfn edildi - FOTOLAR

DÜNYA

14 Fevral 2023 | 16:14

Deniz Baykal dəfn edildi - FOTOLAR

84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalla vida mərasimi keçirilib.

Bakıvaxtı.az “Hürriyet”ə istinadən xəbər verir ki, mərasim ilk olaraq, CHP-nin Qərargahının önündə, sonra isə Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil edilib.

Eyni zamanda Ankarada Ahmet Hamdi Akseki məscidində keçirilən vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. D.Baykal daha sonra Ankarada dəfn edilib.

Xatırladaq ki, Deniz Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib. O, 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.


Deniz Baykal dəfn edildi - FOTOLARDeniz Baykal dəfn edildi - FOTOLARDeniz Baykal dəfn edildi - FOTOLARDeniz Baykal dəfn edildi - FOTOLARDeniz Baykal dəfn edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026