• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İmran Xanın həbsi təxirə salındı

DÜNYA

16 Mart 2023 | 13:48 | Müəllif: Qalib İbrahimoğlu

İmran Xanın həbsi təxirə salındı

Pakistanın Lahor şəhər Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın həbsini 17 marta qədər təxirə salmaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ bildirib.

    Agentliyin məlumatına əsasən, İmran Xanın həbsinin qarşısını almağa çalışan tərəfdarları ilə polis qüvvələri arasında şiddətli toqquşmalar nəticəsində yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün Lahor məhkəməsi onun həbsini təxirə salıb.

    Xatırladaq ki, dünən polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri öz iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər. Xanın tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026